“Priqojin və RF Müdafiə Nazirliyi arasında konflikt saxta deyil...”- Ukraynanın baş kəşfiyyatçısı  

14:12 24.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

BKİ rəhbəri qeyd edib ki, Priqojin Rusiya Müdafiə Nazirliyindən fərqli olaraq Rusiya ordusundakı vəziyyətlə bağlı “tez-tez həqiqəti deyir”.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov bildirib ki, "Vaqner" rəhbəri Yevgeni Priqojinlə Rusiya hərbi rəhbərliyi arasında münaqişə “kifayət qədər realdır” və səhnələşdirilməyib.

Hafta.az bu haqda “UNİAN”a istinadla xəbər yayıb.

"Mən bunu ictimaiyyət üçün oyun və ya saxta adlandırmayacağam. Bu münaqişə tamamilə realdır və onlar bunu prinsipcə gizlətmirlər", - deyə Budanov bildirib.

BKİ rəhbəri qeyd edib ki, Priqojin adətən yalan danışan Rusiya Müdafiə Nazirliyindən fərqli olaraq tez-tez  Rusiya ordusundakı vəziyyətlə bağlı “gerçəyi deyir”.

"Hadisə, bilirsiz, niyə bu qədər diqqət çəkir. Çünki Priqojin, prinsipcə, xoşuna gəlib, istəməsə də, indi ona fərqi yoxdur. O, daha çox həqiqəti deyir. Müdafiə Nazirliyi isə daha çox yalan deyir. Konaşenkovun hesabatlarına qulaq assanız, Müdafiə Nazirliyi, ümumiyyətlə, Baş Qərargah - orada hər şey yaxşıdır, qalib gəlirlər, harasa "irəliləyirlər". Prigojin isə, əksinə, deyir ki, ətrafa baxın - bu, dəqiq qalibiyyətli müharibə deyil, burada, prinsipcə, qalib gəlməyin yolu yoxdur; görün, hansı səhv hesablar var, atılası bir silah yoxdu, ordu nə etdiyini başa düşmür, təlimsizdir. Ona görə də bunu saxta adlandırmaq olmaz. Bu, həqiqətlə yalanın baş-başa döyüşüdür. Həm birinci, həm də ikinci tamamilə Rusiya Federasiyası üçün yaxşı işləsə də, bunu da yadda saxlamaq lazımdır”, - deyə Budanov vurğulayıb.